Qaraqanda Akademik Musiqili Komediya Teatrının rəhbəri Əliqismət Lalayevə təşəkkür etdi

Qazaxıstanın Qaraqanda Akademik Musiqili Komediya Teatrının rəhbəri, tanınmış teatr xadimi Amantay İbrayev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevə təşəkkür məktubu ünvanlayıb. 

Məktubda deyilir:
“Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Rauf Babayevin “DosStar” XIII Açıq Operetta və Müzikl Festivalında iştirakına görə Sizə dərin minnətdarlığımızı bildirik. Sizə və komandanıza cansağlığı, müvəffəqiyyətlər, peşəkar faliyyətinizdə uğurlar arzulayırıq. Ümidvarıq ki, gələcək əməkdaşlığımızı uğurla davam etdirəcəyik”. 
Xatırladaq ki, Rauf Babayev Qazaxıstan, Rusiya, Özbəkistan və Macarıstanın məşhur operetta ulduzlarının qatıldığı bu festivalda məşhur macar bəstəkarı İmre Kalmanın “Sirk Şahzadəsi” əsərində Toni Bonvil obrazını canlandırıb və həmçinin tədbirin qala-konsertində iştirak edib.

Tarix: 09.10.2024