Akademik Musiqili Teatrda "Yeni il" şənliyi olacaq.

27 dekabr 2022-ci il tarixindən - 04 yanvar 2023-cü il tarixinədək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gündə dörd seans olmaqla (saat 10:30, 12:30, 14:30 və 16:30-da), maraqlı və macəra dolu "Yeni il" şənliyi nümayiş olunacaq.
Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcəklər.
Hədiyyəli biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar.
Kollektiv sifarişlər qəbul olunur.
Tarix: 24.11.2022