Akademik Musiqili Teatrın rejissoru Özbəkistanda alqışlarla qarşılandı

 Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov Avrasiya Teatr Birliyinın dəvəti ilə Özbəkistana səfər edib. 

Ə.Əsgərovu özbək teatrının əməkdaşları böyük sevgi və alqışlarla qarşılayıblar, eyni zamanda doğum gününü təbrik ediblər. 
 
Qeyd edək ki, səfər çərçivəsində rejissor  Kattakurqan Şəhər Dram Teatrında Zakir Bağırov və Məcid Şamxalovun  “Qaynana” tamaşasına quruluş verəcək.

Tarix: 20.06.2022