“Amerikalı kürəkən” yenidən Akademik Musiqili Teatrın səhnəsinə qayıdır
Üç illik fasilədən sonra ilk dəfə 18 iyun saat 19:00-da
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Amerikalı kürəkən” tamaşası yenidən oynanılacaq.
Yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri əsasında və görkəmli bəstəkar, Ramiz Mirişlinin musiqiləri ilə hazırlanan bu tamaşanın quruluşçu-rejissoru Xalq artisti, "Şöhrət” ordenli professor İlham Namiq Kamaldır.
` Qeyd edək ki, səhnəyə qoyulduğu gündən (29 may 2010-cu ildən) böyük maraqla qarşılanan bu tamaşanın 55-ci nümayişi yeni aktyor heyəti ilə oynanılacaq.
Səhnə əsərində rolları xalq artisti İlham Namiq Kamalla yanaşı, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, İqrar Salamov, aktyorlar Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasıyev, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar Qarayeva, Mehriban Rəcəbova ifa edəcəklər.
"Amerikalı kürəkən" tamaşasına baxmaq istəyən hər kəs biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “İticket.az” saytından əldə edə bilər. Kollektiv sifarişlər qəbul olunur.