Akademik Musiqili Teatrın balet artistinə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş xatirə nişanı təqdim olunub

Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə ölkənin tanınmış incəsənət xadimləri Nizami irsinə verdikləri yaradıcılıq töhfərinə görə “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanları ilə təltif olunublar. 
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet truppasının quruluşçu baletmeysteri, xoreoqraf, beynəlxalq festival və müsabiqələr laureatı, Əməkdar artist Emin Əliyev də mükafatçılar sırasında olub. 
      Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev balet artistinə xatirə nişanını təqdim edərək ona yaradıcılıq uğurları arzulayıb. 

Qeyd edək ki, Əməkdar artist bu mükafata Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş layihənin xoreoqrafı, eyni zamanda dahi şair və mütəfəkkir Nizami Gəncəvinin obrazını yaratdığına görə layiq görülüb. 
Emin Əliyev ona göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkür edib. Eyni zamanda ona bu dəyərli mukafatı qazandıran “Nizami – 880” layihəsinin ideya müəllifi və bədii rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə və  iştirakçısı olduğu həmin balet – kompozisiyanın ərsəyə gəlməsində rolu olan bütün yaradıcı heyətə minnətdarlığını bildirib.

Tarix: 02.01.2022