Akademik Musiqili Teatrda premyera – “Utancaq qız” monotamaşası

23 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşanın premyerası olacaq.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti, "Şöhrət" və "Şərəf” ordenli Prezident təqaüdçüsü Cənnət Səlimova, ideya müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı – müamiləçi obrazının ifaçısı Azərbaycanın və Kalmıkiyanın (RF) Əməkdar artisti, “Qızıl Dərviş” və “Zirvə” mükafatları laureatı Şövqi Hüseynov, səhnə və geyim üzrə tərtibatçısı Qabil Gözəlov, rejissor assistenti isə Elməddin Dadaşovdur.
Həyatın dərin qatlarındakı mənaları özündə birləşdirən monotamaşada zamanın qəddar qanunlarından törəyən müxtəlif  hadisələr bütün çılpaqlığı ilə göstərilir.
Səhnə əsərində dünyaşöhrətli bəstəkar Alfred Şnitkenin “Uçuş” simfonik əsərindən istifadə olunub.
 

Tarix: 17.12.2021