Akademik Musiqili Teatra Bişkekdən "Qomuz" göndərildi…
Qırğızıstan Respublikasının ölkəmizdəki konsulu Davron Almazbekov Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olub. Səmimi keçən görüşdə konsul rejissor A.Babalının quruluş verdiyi "Cəmilə” (Ç.Aytmatov) tamaşası ilə bağlı aparılan hazırlıq işləri ilə yaxından maraqlanıb. O, Bişkekdən xüsusi olaraq Akademik Musiqili Teatra göndərilən qırğız xalqının milli musiqi alətini – tamaşada musiqiçi, Prezident mükafatçısı Atabəy İsmayılovun ifa edəcəyi "Qomuz”u rejissora təqdim edib və bu səhnə əsərində istifadə olunacaq bəzi detalların məhz qırğızların milli mədəniyyətini əks etdirdiyini nəzərə alaraq, səfirliyin xüsusi təşəkkürünü teatr rəhbərliyinə bildirib.
D.Almazbekov iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə təkan verən belə layihələrə görə tamaşanın ideya müəllifi və bədii rəhbəri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə və yaradıcı heyətə minnətdarlığını yetirərək gələcəkdə qarşılıqlı qastrol səfərlərlə müştərək mədəni əlaqələrin davam etdirilməsini arzulayıb.