Musiqili Teatrın aktrisasının səhhəti yaxşılaşıb
Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Əməkdar artist Gülnar Salmanovanın səhhəti yaxşılaşıb. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu məlumatı təsdiqləyib. Aktrisa uzun müddətdir ki, dialez və şəkər xəstəliyindən əziyyət çəkir. Bir neçə gün öncə növbəti dəfə əməliyyat olunan aktrisa hazırda özünü yaxşı hiss etdiyini söyləyib. "İlk növbədə Mədəniyyət və Turizm nazirliyinə hər zaman mənə xüsusi diqqət və qayğıyla yanaşdığı üçün təşəkkürümü bildirmək istəyirəm. Və sağ olsun Musiqili Teatrın kollektivi, bu çətin günlərdə heç vaxt məni tək qoymayıblar. Həmişə axtarıblar, həmişə yanımda olublar. Xüsusilə Teatrın direktoru Əliqismət Lalayevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Xəstələndiyim ilk gündən bəri istər maddi, istərsə də mənəvi cəhətdən hər zaman mənə dəstək olub. Nə yaxşı ki, dünyada Əliqismət Lalayev kimi insanlar var. Fürsət varkən həkimlərim Rüstəm Verdiyevə və cərrah Kamil doktora təşəkkür edirəm” deyə səhhətiylə bağlı açıqlamasında G. Salmanova bildirib.