Əliqismət Lalayev “Azerbaijan Best Awards 2019” mükafatına layiq görülüb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbəri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Azərbaycanda teatr sənətinin inkişafında göstərdiyi yüksək xidmətlərinə görə "ABA events Group”un təsis etdiyi "Azerbaijan Best Awards" Milli Mükafatına layiq görülüb.

Tanınmış rejissor onun yaradıcılığına və teatr sənəti sahəsindəki fəaliyyətinə  göstərilən xüsusi diqqətə görə "ABA events Group”unun rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu mükafat xarici ölkələrin respublikamızdakı fövqəladə və səlahiyyətli səfirlərinə, sayılıb-seçilən incəsənət xadimlərinə, elm, təhsil, tibb, idman, media sahəsində uğur qazanan şəxslərə və digər tanınmış iş adamlarına təqdim olunub.

Tarix: 14.03.2020