8 Mart Beynəlxalq Qadınlar Günü

Qadınların cəmiyyətimizin inkişafında rolu danılmazdır. Azərbaycan qadını hər zaman mətinliyi, saflığı və işgüzarlığı ilə hər kəsə örnək olmuşdur. Bəşər tarixində bir sıra ilklərə imza atmış Azərbaycan xanımları öz uca adlarıyla gözəlliyin, ülviliyin, zərifliyin rəmzi hesab olunur. Nənələrimiz, analarımız laylalarımızın, bayatılarımızın bu günə qədər qorunub saxlanmasından əlavə hər zaman mətinliklə adət-ənənənlərimizin də keşiyində dayanmışlar. Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi bu gözəl bayram münasibətilə teatrın xanım əməkdaşlarıyla yanaşı bütün Azərbaycan və dünya qadınlarını təbrik edir, hər birinə can sağlığı, uzun ömür, xoşbəxtlik arzulayır. Bayramınız mübarək, əziz qadınlar!

Tarix: 09.03.2015