Novruz Bayramınız mübarək!

"Yeni gün” anlamını verən Novruz şəmsi təqvimi ilə yeni ilin başlanması bayramıdır. Gecə ilə gündüzün bərabərləşməsi məhz Novruza təsadüf edir. Azərbaycan xalqı Novruzu həm də Bahar Bayramı kimi qeyd edir. Min illərin sınağından keçərək bu günümüzə qədər gəlib çatmış bu bayramın əsas özəlliklərindən biri də qardaşlıq, birlik bayramı olmasıdır. Keçəllə Kosanın timsalında köhnə ilin öz səlahiyyətlərini təzə ilə verməsi, qışın Bahara məğlub olması, torpağın oyanması Novruz təntənəsinin əsasını təşkil edir. Bu qədim bayram Azərbaycanla yanaşı bir çox türkdilli dövlətlərdə, Orta Asiya ölkələrində də böyük təmtəraqla qeyd olunur. Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilən qədim, tarixi, əziz Novruz Bayramı münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edir, dövlətimizə əminamanlıq, sülh, rifah, hər bir ailəyə bərəkət, bol ruzi, xoşbəxtlik və can sağlığı arzulayır. Novruz Bayramınız mübarək!

Tarix: 19.03.2015