Musiqili Teatrın bir qrup əməkdaşı Prezident mükafatına layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir qrup incəsənət xadiminə Prezident mükafatının verilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən Azərbaycan Dövlət Musiqili Teatrının bir qurup yaradıcı üzvü – Xalq artisti Ramiz Məmmədov, Əməkdar incəsənət xadimləri Əsgər Əsgərov, Nazim Hacıəlibəyov, Əməkdar artistlər Novruz Əliyev, Naidə Orucova, Nərgiz Kərimova, Ələkbər Əliyev, Çingiz Əhmədov, Gülnar Salmanova və Əkbər Əlizadə Prezident mükafatına layiq görülüb. Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi adından bu ali mükafata layiq görülmüş əməkdaşlarımızı təbrik edir, hər birinə həyatda və yaradıcılıqda yeni-yeni uğurlar arzulayırıq.

Tarix: 07.05.2015