Afaq Bəşirqızı Prezident təqaüdünə layiq görülüb
Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin A.B. Səfərovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında imzaladığı sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 1.Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Afaq Bəşir qızı Səfərovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. 2.Azərbaycan Respublikası Nazirlər kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”. Milyonlarla tamaşaçının sevimlisi, teatrımızın fəxri Afaq xanım Bəşirqızını bu münasibətlə təbrik edir, uzun ömür, can sağlığı, həyatda və yaradıcılıqda uğurlar arzulayırıq.