musiqiliteatr.az saytı istifadəyə verilib

Azərbaycan Dövlət Musiqili Teatrının yeni saytı istifadəyə verilib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, sayt musiqiliteatr.az adlanır. Buna qədər Dövlət Musiqili Teatrının www.statemusicaltheatre.az saytı fəaliyyət göstərib. Yeni saytın yaradılmasını şərtləndirən əsas səbəblərdən biri də bir sıra texnoloji yenilikləri tətbiq və istifadə etmək istəyi olub. "Teatrımızın106-cı mövsümünün başlanması ərəfəsində yeni saytın yaradılması ilə bağlı qərar verdik. Dünya demək olar ki, hər gün texnoloji yeniliklərlə zənginləşir. Müasir dövrün tələblərindən biri də bu yeniliklərdən vaxtında və səmərəli şəkildə yararlanmaqdır. Yeni saytımız hazırlanan zaman bir sıra teatrların bu sahədəki təcrübəsinə nəzər saldıq. Təhlil etdik, müzakiərələr apardıq, yaxşı ənənələrdən maksimum yararlanmağa çalışdıq. musiqiliteatr.az saytını ziyarət edənlər Azərbaycan Dövlət Musiqili Teatrının tarixi, yaradıcı heyyəti, repertuarı və digər sahələr haqqında məlumat əldə edə bilərlər”, - deyə Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

 

Tarix: 03.11.2015