Akademik Musiqili Teatrın rejissorundan sizə məktub var

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru Samir Qulamov "Young Press" media qurumunun "Sizə məktub var" virtual sosial aksiyasına qoşulub. 

Rejissor hazırladığı qısa və dolğun videorolik vasitəsilə bütün teatrsevərləri  Akademik Musiqili Teatrın rəsmi  "facebook" səhifəsini izləməyə və həftəsonları həmin səhifədə canlı yayımla nümayiş olunan tamaşalara baxmaga  dəvət edib.

 

O,  videomüraciətində  uşaqların mədəni tərbiyəsində teatrın əvəzsiz rolundan və  onların teatr ruhunda böyüdülməsinin vacibliyindən  də danışıb.

Hər kəsi Akademik Musiqili Teatrın virtual deyil, real məkanında, stasionarda - tamaşa salonunda görmək arzusunda olduğunu dilə gətirən Samir Qulamov ona bu layihədə iştirak etməsi üçün fürsət yaradanlara da minnətdarlığını bildirib.

Tarix: 03.05.2020