Musiqili Teatrın bayram günləri üçün repertuarı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Novruz Bayramı ilə əlaqədar ölkədə 8 gün (20-27 mart) qeyri-iş günü olacaq. Dövlət Musiqili Teatrı bayramla bağlı istirahət günlərində maraqlı tamaşalarla çıxış edəcək. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 19, 25, 26, 27 mart tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim ediləcək "O olmasın, bu olsun” (Ü. Hacıbəyli), "Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), "Qafqazlı qardaşqızı” (R. Hacıyev), "Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski) və "www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov) tamaşalarından gedir. Musiqili Teatr bayram günlərində də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 25 mart saat 19.00-da SSRİ Xalq artisti R. Hacıyevin "Qafqazlı qardaşqızı” iki hissəli operettası böyüklər ücün, 26 mart saat 12.00-da isə R. Ağayeva, A. Xayt və A. Kurlyanskinin "Bir dayan, canavar!” . musiqili nağıl-tamaşası uşaqlar üçün rus dilində təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Şövqi Hüseynov, Nərgiz Kərimova, Cingiz Əhmədov, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, Svetlana Bulax, Əkbər Əlizadə, Əzizağa Əzizov, Boris Qrafkin, aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov, Nicat Həbibov, Gülnarə Əzizova, Fərid Rzayev, Marina Litvinenko, Elçin İmanov, Yuliya Heydərova, Nadir Xasıyev, Rəsmiyyə Nurməmmədova, Məhərrəm Qurbanov, Gülçöhrə Abdullayeva, Ağaxan Şərifov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı Novruz Bayramı münasibətilə xalqımızı təbrik edir və hamını bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.