Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak etdilər
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova və teatrın əməkdaşı, teatr tənqidçisi Emin Əliyev Avropa Teatr Konvensiyasının (ETC) təşkil etdiyi beynəlxalq onlayn konfransda iştirak ediblər.
Avropanın ən böyük teatr təşkilatlarından biri olan Avropa Teatr Konvensiyasının həyata keçirdiyi bu virtual görüşdə panel müzakirələri, seminarlar keçirilib, beynəlxalq əlaqələrin genişləndirilməsi, yeni üzvlər və qonaqlarla tanışlıq, sənət mübadiləsi istiqamətində bir sıra söhbətlər aparılıb.
Qeyd edək ki, teatrın əməkdaşları bu ilin fevral ayında Avstriyanın Qraz şəhərində keçirilməsi planlaşdırılan "Yeni yazılar” adlı beynəlxalq konfransa da dəvət almışdılar. Lakin dünyanı bürüyən pandemiya səbəbindən həmin konfrans da təxirə salındığına görə tədbir virtual olaraq əvəzləndi və növbəti ilə keçirildi.