Vasif Talıbov Əliqismət Lalayevi təbrik etdi

4 iyul 2016-ci il tarixində Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin dosenti Əliqismət Lalayevin 60 yaşı tamam olur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbov Əliqismət Lalayevə təbrik məktubu ünvanlayıb. "Sizi 60 illik yubileyiniz münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm. Naxçıvan teatrında başladığınız, Azərbaycan Dövlət Musiqili Teatrında davam etdirdiyiniz yaradıcılıq yolu, istedadlı rejissor və aktyor kimi yaratdığınız obrazlar və teatr tamaşaları, milli mədəniyyətimizə həsr olunmuş oçerk və məqalələr tükənməz istedadınızın məhsuludur. Böyük zəhmətdən keçən mənalı həyatınızda bundan sonra da Sizə uğurlar arzulayıram”, - deyə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış teatr xadimi Əliqismət Lalayevə ünvanlanmış təbrik məktubunda qeyd olunur. Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbova təşəkkürünü bildirib: "Bu təbrik məktubunu, bu diqqəti çox yüksək qiymətləndirirəm. Naxşıvan mənim gəncliyimin və arzularımın şəhəridir. Ona görə də bu təbrik mənə gəncliyim və arzularım qədər əzizdir”, - deyə Əliqismət Lalayev söyləyib.

 

Tarix: 04.07.2016