FHN Mülki Müdafiə Qoşunları Musiqili Teatra təşəkkür etdi

Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Dövlət Musiqili Teatrına təşəkkür məktubu göndərib. Teatrın Mətbuat xidmətindənverilən məlumata görə, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə ünvanlanan məktubda deyilir: "Hörmətli Əliqismət müəllim! Mülki Müdafiə Qoşunlarında şəxsi heyətin asudə vaxtının səmərəli təşkilində göstərdiyiniz köməkliyə görəçəxsən Sizə və rəhbərlik etdiyinizAzərbaycan Dövlət Musiqili Teatrının kollektivinə dərin təşəkkürümüzü bildiririk”. Fövqaladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının komandanı general-mayor İlham Abdullayevin imzaladığı qarşılıqlı münasibətlərin vacibliyi xüsusi şəkildə vurğulanan təşəkkür məktubunda daha sonra qeyd olunur: "Bundan sonra da bu istiqamətdə bizimlə əməkdaşlığınızı davam etdirəcəyinizə əminliyimizi ifadə edirəm Dərin hörmət və ehtiramla, Mülki Müdafiə Qoşunlarının komandanı İlham Abdullayev”

Tarix: 16.11.2017