Məlahət Abbasova Musiqili Teatra təşəkkür etdi
İstedadlı azərbaycanlı aktrisa, İstanbul Bələdiyyəsi Şəhər Teatrları Bədii rəhbərinin müavini Məlahət Abbasova bu günlərdə "Facebook" hesabında paylaşım edib. Musiqili teatrın mətbuat xidmətindən bildirilib ki, istedadlı aktrisa Azərbaycan Dövlət Musiqili Teatrının binasının şəklini paylaşaraq Tamer Karadağlı ilə birlikdə qonağı olduğu teatrda qarşılaşdığı qonaqpərvərliyə görə teatrın direktoru Əliqismət Lalayevə təşəkkür edib. Qeyd edək ki, bu günlərdə Bakıya qonaq gələn Türkiyənin məşhur aktyoru, əslən Azərbaycandan olan Tamer Karadağlı Məlahət Abbasovanın müşaiyəti ilə Azərbaycan Dövlət Musiqili Teatrında olmuşdur. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilmişdir. Qonaqlar teatrın inzibati binası ilə tanış olmuşlar. Qonaqlara Musiqili Teatrın tarixi, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonra burada tamaşaçılar və teatrın kollektivi üçün yaradılmış şərait haqqında ətraflı məlumat verilmişdir.