Musiqili Teatrda həftəsonu
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən bildirilib ki, həftəsonu - 24 fevral saat 19:00 "Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva), 25 fevral saat 12:00-da uşaqlar üçün "Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, A.Sadıqov) tamaşaları ana dilimizdə təqdim ediləcək. Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb. 23 fevral, saat 12:00-da uşaqlar üçün "Qoğalın macərası”, saat 19:00-da böyüklər üçün SSRİ Xalq artisti R.Hacıyevin "Qafqazlı qardaşqızı” əsəri, 24 fevral, saat 12:00 və 14:00-da isə "Düyməcik” (H.K.Anderson) nağıl-tamaşası nümayiş olunacaq. Tamaşaçılar səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Novruz Qartal, Svetlana Bulax, Çingiz Əhmədov, Nərgiz Kərimova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Emil Heydərov, Mehriban Zalıyeva, Hüseyn Əlili, Nadejda Povelisina, Yuliya Yeydərova, Gülçöhrə Abdullayeva, Marina Litvinenko, Rauf Babayev, Nicat Əli, Gülnarə Əzizova, Telnaz Hüseynova, Güldanə Əzimova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Elçin İmanov, Əmrah Dadaşov, Eleanora Mehdiyeva, Zarina Qurbanova, Pərviz Məmmədov, Fərid Rzayev və başqalarının ifalarını izləyə biləcəklər. Hər iki dildə nümayiş olunan biri-birindən maraqlı tamaşaları seyr etmək üçün teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.