Həftəsonu Musiqili Teatrda

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir. Qurumun mətbuat xidmətindən bildirilib ki, bu gün saat 19:00-da "Qızıl toy” (Oqtay Kazımi, Ramiz Heydər), 17 mart saat 12:00-da "Meşə çaqqalsız olmaz” (Ə.Səmədli), 19:00-da "Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), 18 mart saat 19:00-da "Arşın mal alan” (Ü.Hacıbəyli) tamaşaları təqdim ediləcək. Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb. Kollektiv 18 mart saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə "Qoğalın sərgüzəştləri” (Rus xalq nağılı) tamaşası ilə gələcək. Həftəsonu nümayiş olunacaq tamaşalarda sevimli aktyorlar –xalq artistləri İlham Namiq Kamal, Əməkdar artistlər, Nahidə Orucova, Boris Qrafkin, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Səmədzadə Xasıyev, Nadejda Povelitsina, Aydan Həsənova, Atəş Qarayev, Yuliya Heydərova, Gülnarə Əzizova, Rəsmiyyə Nur, Gülçöhrə Abdullayeva, Firuz Məmmədov, Şaban Cəfərov, Elməddin Dadaşov, Gültac Əlili, Elxan İsmayılov, Ruslan Mürsəlov, Elçin İmanov, Əmrah Dadaşov, Eleanora Mehdiyeva, Pərviz Məmmədov, Cəlalə Novruzlu və başqaları iştirak edirlər. Novruz bayramını xoş ovqatla və yaddaqalan qarşılamaq istəyənlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Tarix: 16.03.2018