Musiqili Teatrın rəhbəri ölkə başçısına müraciət etdi

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev ölkə başçısına müraciət məktubu ünvanlayıb. Məktubda deyilir: "Möhtərəm cənab Prezident! Sizin 9 may 2018-cı il tarixində ''İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamınız bizə - ömrünü səhnəyə həsr edən insanlara yüksək qiymətin bariz nümunəsidir. Sənət adamlarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız bu Sərəncam qəlbimizdə fərəh hissi doğurur. Səhnə fəaliyyətimizi yüksək qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bundan sonra da yaradıcılıq fəaliyyətimizi, bütün qüvvə və bacarığımızı Azərbaycanımızın tanınması və şöhrət qazanması naminə, Azərbaycan teatrının şərəfli səlnaməsinə yeni uğurlu səhifələr yazılması üçün sərf edəcəyik. Biz qürur duyuruq ki, ulu öndərimiz Heydər Əliyevin incəsənət xadimlərinə böyük qayğısı bu gün də Sizin tərəfinizdən uğurla davam etdirilir. Azərbaycan sənətçisinin, Azərbaycan ziyalısının böyük xoşbəxtliyi də elə bundadır. Bir daha yüksək diqqət və qayğı üçün Sizə sonsuz təşəkkürlərimizi yetiririk. Və bundan sonra da daha uğurlu yaradıcılıq işlərinə imza atmağımıza söz veririk”.

Tarix: 12.05.2018