Musiqili Teatrda həftəsonu
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir. Qurumun mətbuat xidmətindən bildirilib ki, Musiqili Teatr 1iyun saat 19:00-da rus dilində "Qafqazlı qardaşqızı” (R.Hacıyev), 2 iyin saat 19:00-da "Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev) və 3 iyun saat 19:00-da "Arşın mal alan” (Ü.Hacıbəyli) tamaşalarını isə ana dilimizdə təqdim edəcək. Həftəsonu nümayiş olunacaq tamaşalarda sevimli aktyorlar –xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Nahidə Orucova, Almaz Ələsgərli, Novruz Qartal, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar, Ülviyyə Əliyeva, Gülnarə Əzizova, Yuliya Heydərova, Səmədzadə Xasıyev, Rauf Babayev, Nicat Əli, Emil Heydərov, Aydan Həsənova, Mehriban Zalıyeva, Gültac Əlili, Ağaxan Şərifov, Elçin İmanov, Firuz Məmmədov, Ruslan Mürsəlov, Nigar Qarayeva, Eleanora Mehdiyeva və başqaları iştirak edirlər. Azərbaycan Dövlət Musiqili Teatrı iyun ayının ilk həftəsini təbəssümlə, gülüşlə yekunlaşdırmaq istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.