Musiqili Teatrda həftəsonu
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir. Qurumun mətbuat xidmətindən bildirilib ki, teatr 8 iyun saat 19:00-da "Kimdir müqəssir?” (Ə.Haqverdiyev), 9 iyun saat 19:00-da "Qızıl toy” (O.Kazımi, R.Heydər) və 10 iyun saat 19:00-da "Baladadaşın toy hamamı” (Elçin) tamaşalarını təqdim edəcək. Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, Almaz Ələsgərli, Əzizağa Əzizov, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Gülnarə Əzizova, Yuliya Heydərova, Rəsmiyyə Nurməmmədova, Şaban Cəfərov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Nadir Xasıyev, Əmrah Dadaşov, Telnaz Hüseynova, Aydan Həsənova, Elxan İsmayılov, Hüseyn Əlili, Gültac Əlili, Ağaxan Şərifov, Elçin İmanov, Elməddin Dadaşov, Fərid Rzayev, Nigar Qarayeva, balaca aktyor Tamerlan Əhmədov və başqaları iştirak edirlər. Azərbaycan Dövlət Musiqili Teatrı bu həftəsonunu təbəssümlə, gülüşlə yekunlaşdırmaq istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.