Musiqili Teatrın 4 aylıq repertuar planı təsdiqləndi
Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu mövsümün ilk dörd ayı üçün repertuar planını açıqlayıb.
Qurumun mətbuat xidmətindən bildirilib ki, teatrın Bədii Şurası 2018-ci ilin sonuna qədər olan müddət üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrda təqribən 30 tamaşanın 60 dəfəyə yaxın nümayiş etdirilməsi nəzərdə tutulur.
Yeni teatr mövsümünün açılışı 22 sentyabr saat 19:00-da dahi Üzeyir Hacıbəylinin ölməz sənət əsəri - "Arşın mal alan”la başlayacaq.
Qarşıdakı dörd ay ərzində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustası, Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Boris Qrafkin, Çingiz Əhmədov, Əzizağa Əzizov, Ələkbər Əliyev, Almaz Ələsgərli, Nahidə Orucova, Əkbər Əlizadə, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Svetlana Bulax, AntonFerştandt, aktyorlar Gülcahan Salamova, Nadir Xasıyev, Elçin İmanov, Gülnarə Abdullayeva, Nadejda Povelitsina, Firus Məmmədov, Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ülviyyə Əliyeva, Emil Heydərov, Elnarə Nağdəliyeva, Mehriban Zalıyeva, Gültac və Hüseyn Əlililər, Əliməmməd Novruzov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Telnaz Hüseynova, Güldanə Əzimova, Yuliya Heydərova, Gülçöhrə Abdullayeva, Gülnarə Əzizova, gənc aktyorlar Əmrah Dadaşov, Eleanora Mustafayeva, Eleanora Mehdiyeva, Aydan Həsənova, Səmədzadə Xasıyev, Nicat Əli, Elməddin Dadaşov, Ruslan Mürsəlov, Rauf Babayev, Şaban Cəfərov, Nigar Qarayeva, Fərid Rzayev, Türkel Tariqpeyma eləcə də, kiçik yaşlı aktyorlar Atilla Məmmədov, Rahib Məmmədzadə, Hüseyn Nağıyev və başqalarının iştirakı ilə "Ər və arvad”, "O olmasın, bu olsun”, "Arşın mal alan” (Ü. Hacıbəyli), "Nuri-didə Ceyhun” (Əli Əmirli), "Mənim günahım” (İ.Əfəndiyev, Q.Qarayev),"Mən dəyərəm min cavana” (T.Vəliyeva, F.Sücəddinov), "Bankir adaxlı” (T.Vəliyeva, E.Sabitoğlu), "Qızıl toy” (O.Kazımi, R.Heydər), "Baladadaşın toy hamamı” (Elçin), "Molla Nəsrəddinin beş arvadı"(İ.Sadıqov, tərcümə edən D.Mustafayev), "Toya bir gün qalmış” (Ə.Səmədli), "Qodonun intizarında” (F.Qarayev, S.Bekket), "999-cu gecə” (F.Əmirovun musiqiləri və Min bir gecə nağıllarının motivləri əsasında), "Hacı Qara” (M.F.Axundzadə), "Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev), "Kimdir müqəssir?” (Ə.Haqverdiyev), "Talelər qovuşanda” (R.Hacıyev) və s. tamaşaları izləyə biləcəklər.Habelə rusdilli tamaşaçılar üçün "Silva” (İ.Kalman), "Qafqazlı qardaşqızı” (R.Hacıyev), "Qızıl Cücə” (V.Ulanovski, V.Orlov) tamaşaları nümayiş olunacaq.
Teatr kollektivi həmişə olduğu kimi, balaca teatrsevərləri də diqqətdə saxlayır və onların zövqlərini oxşayan "Bremen musiqiçiləri və Pen” (C.Barri, Qrimm qardaşları), "Meşə çaqqalsız olmaz” (Ə.Səmədli), "Qırmızı papaq” (E.Sabitoğlu, Y.Şvarts), "Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər), "Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, səhnələşdirən A.Sadıqov), habelə rus dillində "Qızıl cücə” (V.Ulanovski, V.Orlov), "Düyməcik” (H.K.Andersen), "Qoğalın macəraları” (Rus xalq nağılı) və başqa tamaşaları nümayiş etdirəcək.
Qeyd edək ki, yaxın günlərdə teatrın rus truppasının aktyorlarının hazırladığı "Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski) tamaşasının premyerası nəzərdə tutulur.
Bundan başqa, 4 ay ərzində Musiqili Teatrda bir çox beynəlxalq layihələrin həyata keçirilməsi və tamaşaçı auditoriyası ilə dəyirmi masa ətrafında söhbətlər,görüşlər, sənət ustalarının yubiley və anım günlərinin keçirilməsi də planlaşdırılır.
Bəli, Musiqili Teatrda yeni mövsüm başlayır. Teatrın bir-birindən maraqlı tamaşalarına baxmaqistəyirsinizsə afişaları izləyin.