Musiqili Teatrda həftəsonu

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən bildirilib ki, teatr dekabr ayının 14-də saat 19:00-da "Nuri-didə Ceyhun” (Ə.Əmirli), 15-də saat 12:00 və saat 19:00-da "Ər və arvad” (Ü.Hacıbəyli), 16-da saat 19:00-da "999-cu gecə” (F.Əmirovun musiqiləri və Min bir gecə nağıllarının motivləri əsasında) əsərlərini təqdim edəcək.  

Teatr kollektivi balaca teatrsevərlərə dekabrın 14-də saat 11:00-da "Bremen musiqiçiləri və Pen” (C.Barri, Qrim qardaşları), 16-da saat saat 11:30-da "Qoğalın məcaraları” (Rus xalq nağılı, rus dilində) və 14:00-da "Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, səhnələşdirən A.Sadıqov) musiqili əyləncəli nağıl tamaşalarını göstərəcək.

Nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar - Xalq artistləri İlham Namiq Kamal, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə Orucova, Boris Qrafkin, Svetlana Bulax, Əkbər Əlizadə, Nəsibə Eldarova, Şövqü Hüseynov, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salmanova, Elçin İmanov, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Gülnarə Abdullayeva, Nicat Əli, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Elxan İsmayılov, Ağaxan Şərifov, Emil Heydərov, Rauf Babayev, Firuz Məmmədov, Gülnarə Əzizova, Nadir və Səməd Xasıyevlər, Yulya Heydərova, Hüseyn Əlili, Əmrah Dadaşov, Şaban Cəfərov, Ruslan Mürsəlov, Türkel Tariqpeyma, Elməddin Dadaşov, Fərid Rzayev, Pərvin Dadaşova, Telnaz Hüseynova, Zaur Əliyev, Eleonara Mehdiyeva, Nərmin Əliyeva, Güldanə Əzimova, Zarina Qurbanova, Murad Əliyev, Roman Krasnov, Yaqub Bəhramov, balaca aktyorlar Hüseyn Nağıyev və Amin Heydərov ifa edirlər.

Musiqili Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.

Tarix: 13.12.2018