Akademik Musiqili Teatrı Novruz günlərində

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Novruz bayramı günlərində 5 tamaşa ilə teatrsevərlərin görüşünə gələcək.

Qurumun mətbuat xidmətindən bildirilib ki, teatr mart ayının 22-də "Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev), 23-də Ü.Hacıbəylinin "O olmasın, bu olsun", 24-də isə "Arşın mal alan” əsərlərini nümayiş etdirəcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Balaca teatr həvəskarları martın 23-də saat 12:00-da ana dilimizdə "Meşə çaqqalsız olmaz” (Ə.Səmədli), 24-də saat 12:00-da rus dilində "Bir dayan canavar” (R.Ağayeva, A.Xayt, A.Kurlyanski) musiqili nağıl-tamaşalarına baxa biləcəklər.

Gələn həftəsonu təqdim olunacaq tamaşalarda sevimli aktyorlar – Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər – Ələkbər Əliyev, Əzizağa Əzizov, Novruz Qartal, Almaz Ələsgərova, Svetlana Bulax, Şövqi Hüseynov, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar – Məhərrəm Qurbanov, Elxan İsmayılov, Nadir Xasıyev, Emil Heydərov, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Ülviyyə Əliyeva, Gülnarə Əzizova, Şaban Cəfərov, Yuliya Heydərova, Ruslan Mürsəlov, Gültac Əlili, Telnaz Hüseynova, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Aydan Həsənova, Güldanə Əzimova, İbrahim Əlizadə, Elməddin Dadaşov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasıyev, Valeriya İsgəndərzadə, Nigar Qarayeva, Atəş Qarayev, Mehriban Rəcəbova, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Kəmallədin Məmmədov, Murad Əliyev, Əli Kərimov, azyaşlı aktyorlar – Hüseyn Nağıyev, Rahib Məmmədzadə, Xədicə Kərimli ifa edəcəklər.

Teatr Novruz bayramı günlərini yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.

Tarix: 15.03.2019