Akademik Musiqili Teatrın konsertmeysteri mukafata layiq görülüb

25 və 26 aprel tarixlərində Bakı Xoreoqrafiya Akademiyasında (BXA) bu təhsil ocağının 90 illik yubileyinə həsr edilmiş "Vera Arte” – Konsertmeyster Ustalığı üzrə I Respublika Müsabiqəsi keçirilib.

Xoreoqrafiya sənəti üçün yüksəkixtisaslı konsertmeysterlərin hazırlanması və üzə çıxarılması məqsədilə təşkil olunan müsabiqədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının konsertmeysteri Arzu Hüseynova da uğurla iştirak edib və II dərcəli "Diplom”la mükafatlandırılıb.

Qeyd edək ki, Hüseynova Arzu Aruz qızı 2008-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecini bitirib. 2012-2016-ci illərdə Baki Musiqi Akademiyasında "İnstrumental ifaçılıq” (fortopiano) ixtisasına yiyələnib, BMA-ni bitirdikdən sonra elə həmin il Bakı Xoreoqrafiya Akademiyasında öz ixtisası üzrə magistraturaya qəbul olunub. 2017-ci ildə Abşeron rayonu Mehdiabad Uşaq Musiqi Məktəbində çalışmağa başlayıb.

Bir çox müsabiqə və festivallarların lauretı olan Arzu Hüseynova  ötən ildən Akademik Musiqili Teatrda balet truppasında konsertmeysterlik edir və indiyə qədər müxtəlif tamaşalarda iştirak edib.

Tarix: 27.04.2019