Musiqili Teatrda 60-ci dəfə "O olmasın, bu olsun"

 

Mayın 23-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin dünyaca məşhur "O olmasın, bu olsun” iki hissəli musiqili komediyası 60-ci dəfə nümayiş olunacaq.       

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin "ZİRVƏ” Mükafatına layiq görülmüş möhtəşəm tamaşa Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimovanın quruluşunda  səhnəyə qoyulub. İllərdir səhnədən düşməyən bu komediya hər dəfə böyük maraqla izlənilir, rəğbətlə qarşılanır.

Tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir. Rollarda Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Əzizağa Əzizov, aktyorlar - Möylə Mirzəliyev, Nadir Xasıyev, Səmədzadə Xasıyev, Türkel Tariqpeyma, Əliməmməd Novruzov, Elxan İsmayılov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elməddin Dadaşov, Fərid Rzayev, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev  və başqaları çıxış edəcəklər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, "iticket.az” saytından əldə etmək olar.

Tarix: 23.05.2019