Azərbaycan Dövlət Musiqili Teatrı

Хоr

Günel Qafarova

Günel Qafarova


Günel Aydın qızı Qafarova 14 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Əşrəf Cavanşirovun "Bənövşə” uşaq xorunda oxumuş, 2006-cı ildə Musiqi Kollecinin "Opera və Kamera” fakultəsini bitirmişdir. 2004-cü ildə Ağdam Yaradıcılıq Mərkəzində "Vokal” dərnək rəhbəri vəzifəsində, 2005-ci ildə isə Mərkəzin şöbə müdürü vəzifəsində işləmişdir. 2006-cı ildə "Qarabağ bülbülləi” ansamblının solisti olmuşdur. "Günəşə catmayan qartal qanadları” adlı şeirlər və poemalar kitabının müəllifidir. Bir neçə serial və filmdə rol alan Günel Qafarova 2007-ci ildə Parisdə "Qadın hüquqlarının qorunması” sənədli filmində oynadığı baş rola görə xüsusi mükafata layiq görülmüşdür. 2006-cı ildən Azərbaycan Dövlət Musiqili teatrında xor artisti vəzifəsində calışır. Səs tembri Ali-dramatik sopranodur. Teatrda işlədiyi müddətdə "Amerikalı kürəkən”, "Qırmızı papaq”, "Şəngülüm, Şüngülüm, Məngülüm” və s. tamaşalarda iştirak etmişdir.



Baxış sayı:326 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 17:06

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика