Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Fərid Rzayev

Fərid Rzayev


Fərid Murad oğlu Rzayev 22 noyabr 1980-ci ildə Xankəndində anadan olub. 1986-cı ildə Ağdam şəhər 3 saylı orta məktəbin birinci sinifinə daxil olub, 1993-ci ildə Ağdam şəhəri işğal olduqdan sonra ailəsi ilə birlikdə İsmayıllı rayonunda məskunlaşmışdır. Təhsilini orada davam etdirmiş və elə o vaxtlardan rayon Mədəniyyet Evinin Gənc Hazır Cavablar Klubuna üzv olub.1985-ci ildən Qarabağ Bülbülləri ansanbılının üzvü, bir neçə musiqi festivalının lauriatıdır. 2007-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında Xor artisti və koməkçi aktiyor kimi fəaliyyət göstərir. İşlədiyi dövrdə "Ər və Arvad”, "O olmasın,bu olsun”, "www.ferzeli kef.com”, "Talelər qovuşanda”, "Qısqanc ürəklər”, "Bankir adaxlı”, "Amerikalı kürəkən”, "Qızıl toy”, "Kimyagər”, "Matəm marşı”, "Səhnədə məhəbbət”, "Qırmızı Papaq”, "Baş tutmayan hiylə”, "Şəngülüm, Şüngülüm, Məngülüm, "Yatmış Gözəl və Cırtdanlar”, "Karabas” tamaşalarında iştirak etmişdir.



Baxış sayı:692 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-10-2014, 17:05

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика