Azərbaycan Dövlət Musiqili Teatrı

Хоr

Fidan Həmzəyeva

Fidan Həmzəyeva


Fidan Nazim qızı Həmzəyeva 12 mart 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının nəzdində yerləşən Respublika İncəsənət Gimnaziyasının xanəndə sinfinin məzunu olmuşdur. 2010-cu ildə "Yeni ulduz 10” müsabiqəsində "Ən maraqlı ifa və səs” diplomu mükafatına layiq görülmüşdür. 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada sənəti fakultəsinə daxil olmuşdur. 19 sentyabr 2014-cü il tarixindən Azərbaycan Dövlət Musiqili Teatrında xor artisti vəzifəsində işləyir. Səs tembri Metro-sopranodur. Teatrda işlədiyi müddət ərzində xor artisti kimi "O olmasın bu olsun”, "Bankir adaxlı”, Talelər qovuşanda”, "Ər və arvad”, "Qızıl toy”, "Yatmış gözəl və cırtdanlar”, "Qısqanc ürəklər” tamaşalarında iştirak etmişdir. O.Kazımi, R.Heydərin "Qızıl toy” operettasında Aygün rolunu ifa etmişdi.



Baxış sayı:892 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:8-01-2015, 12:00

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика