Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Belarusun Əməkdar artisti Akademik Musiqili Teatrın səhnəsində alqışlarla qarşılandı



Belarusun Əməkdar artisti Akademik Musiqili Teatrın səhnəsində alqışlarla qarşılandı

Dünən Ü.Hacıbəyli XI Beynəlxalq  Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Macar bəstəkarı İmre Kalmanın  məşhur iki hissəli "Silva” operettası təqdim olunub.

Səhnə əsərində Silva rolunu Belarus Respublikasının Əməkdar artisti, Belarus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç Viktorovna canlandırıb.

Anşlaqla keçən tamaşada ölkənin rəsmi şəxsləri, ictimai-siyasi xadimləri, tanınmış mədəniyyət və incəsənət adamları, media əməkdaşları, həmçinin Belarus və Macarıstan səfirliklərinin nümayəndələri də iştirak ediblər. 

Qısa müddətdə tamaşaçıların rəğbətini qazanan  belaruslu aktrisa ona yaradılan bu gözəl şəraitə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Akademik Musiqili Teatrın rəhbərliyi başda olmaqla, teatrın bütün yaradıcı kollektivinə dərin minnətdarlığını bildirib. Akademik Musiqili Teatrın möhtəşəm səhnəsində özünü xoşbəxt sayan aktrisa bu səfərini iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün atılan addımlardan biri hesab edib və gələcəkdə də belə qarşılıqlı əlaqələrin davam etdirilməsini arzulayıb. O, Azərbaycana olan hədsiz sevgisini vurğulamaq üçün qeyd edib ki, öz teatrlarının repertuarında olan Ü.Hacıbəylinin  "Arşın mal alan” ("Свадебный базар”) operettasında Gülçöhrə obrazını çox böyük sevgi ilə ifa edir.

Qeyd edək ki, "Silva” əsərində dəvət olunmuş aktrisa ilə yanaşı, teatrının rus bölməsinin aktyorları - Əməkdar artistlər - Boris Qrafkin, Svetlana Bulax, aktyorlar - Rauf  Babayev, Emil Heydərov, Aydan Hesənova, Firus Məmmədov, Nicat Əli, Telnaz Hüseynova, Murad Əliyev, Elməddin Dadaşov və başqaları da iştirak ediblər.






Baxış sayı:89 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:28-09-2019, 16:01

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика