Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatr 110-cu mövsümünü “O olmasın, bu olsun”la açdı



Akademik Musiqili Teatr 110-cu mövsümünü “O olmasın, bu olsun”la açdı 
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu mövsümünə sentyabrın 20-də Üzeyir Hacıbəyli - XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın "O olmasın, bu olsun” musiqili komediyası ilə açıq elan edib.
Əsrlərin sınağından çıxan bu tamaşa dəfələrlə nümayiş olunmasına baxmayaraq yenə də rəğbətlə qarşılanıb, teatrsevərlərə gözəl və yaddaqalan anlar bəxş edib.
Qeyd edək ki, 63-cü dəfə (yeni quruluşda) təqdim olunmuş tamaşada Xalq artisti, "Şöhrət” ordenli, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist, "Zirvə” mükafatı laureatı Şövqi Hüseynov (Məşədi İbad) və teatrın digər peşəkar aktyorları – Əməkdar artistlər – Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Əliməmməd Novruzov, Səməd Xasıyev, Aydan Həsənova, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, kiçik yaşlı aktyorlar – Hüseyn Nağıyev, Rahib Məmmədzadə, Xədicə Kərimzadə, Əlirza Məmmədzadə və başqaları çıxış ediblər.
Səhnə əsərində həmçinin, İran İslam Respublikasının böyük gülüş ustası, Təbriz Teatrının rəhbəri Babək Nəhreyn hambal obrazında iştirakı maraqla qarşılanıb.
1911-ci ildə yazılmış, müxtəlif teatr truppaları tərəfindən dəfələrlə tamaşaya qoyulmuş bu əsər uzun illər müxtəlif rejissorların yozumunda nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb. Qeyd edək ki, sonuncu quruluşun premyerasından – 1998-ci ilin dekabr ayından indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan tamaşanın rejissoru Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır
Tamaşanın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri – Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri – Elməddin Dadaşov və Sevinc Məmmədovadır.




Baxış sayı:165 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:21-09-2019, 17:43

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика