Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatrda mərhum rejissor Yusif Əkbərovun xatirəsi anılacaq



Akademik Musiqili Teatrda mərhum rejissor Yusif Əkbərovun xatirəsi anılacaq

Bu gün tanınmış rejissor, uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrında) baş rejissor vəzifəsində işləmiş Yusif Əkbərovun 70 yaşı tamam olur. 

Qeyd edək ki, Yusif Məmmədağa oğlu Əkbərov 2 sentyabr 1949-cu il tarixində Bakıda anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib və həmin il C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin olunub. 1974-cü ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrıda quruluşçu rejissor, 1987-ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor işləyib.

Yusif Əkbərov 1991-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik  Musiqili Teatrının) quruluşçu rejissoru, 2006-cı ildən 2014-cü ilədək bu teatrın baş rejissoru olub və "Qızıl toy”, "Hərənin öz ulduzu”, "Səhnədə məhəbbət”, "Qısqanc ürəklər” və s. tamaşalara quruluş verib. O, Prezident mükafatçısı idi, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdu.

110-cu mövsümünə qədəm qoyan Akademik Musiqili Teatrının kollektivi hər zaman Yusif Əkbərovu gözəl insan və istedadlı rejissor kimi xatırlayır. Yaxın günlərdə teatrda Yusif Əkbərovun xatirəsinə onun quruluş verdiyi "Qızıl toy" (O.Kazımi, R.Heydər) tamaşası  nümayiş etdiriləcək. 






Baxış sayı:43 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:3-09-2019, 10:13

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика