Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatr Dədə Qorqud Festivalında




Akademik Musiqili Teatr Dədə Qorqud Festivalında
İyulun 22-də Türkiyənin Bayburt şəhərində 25 - ci Uluslararası Dədə Qorqud şənlikləri başlayıb. Bir həftə davam edəcək bu mədəniyyət və sənət bayramı ilk dəfə 25 il əvvəl keçirilmişdir.
 Türk dünyasının ortaq mənəvi sərvəti sayılan Dədə Qorqudun məzarının məhz bu bölgənin Masat kəndində olduğunu iddia edən bayburtlular hələ illər öncə Dədə Qorqud eposunun sahiblərindən biri kimi bu hikmət, saz və söz mülkünün varisləri qismində Azərbaycanın da bu tədbirlərdə fəal iştirakına geniş imkanlar yaratmışlar.  
25-ci Dədə Qorqud şənlikləri Masat kəndində Ulu ozanın məzarını ziyarətlə başlayıb.
Yüzlərlə şəhər sakininin toplaşdığı mərasimin iştirakçıları arasında digər ölkələrdən gəlmiş  rəqs qruplari  ilə yanaşı, Azərbaycanı Dövlət Akademik Musiqili Teatrının balet truppası da var.
1300 illik bir zaman kəsiyində öz tarixi öyüdləri ilə yaşayan və türk coğrafiyasında hikmətli nəsihətləri ilə mənəvi varlığını sürdürən Dədə Qorquda məhəbbətin izharı olaraq  bu tədbirdə bütün türkdilli dövlətlərdən dəvət olunmuş qonaqlarla yanaşı, qonşu ölkələrdən gəlmiş  folklor kollektivləri də iştirak edirlər.

Masat yaylasında başlayan şənliklər Dədə Qorqudun şəhər mərkəzindəki abidəsi önündən  yürüşlə davam etdirildi. Yerli sakinlər, habelə  bu günlərdə dünyanın hər yerindən axışaraq  bu şənliyə qatılan  yüzlərlə  tədbir iştirakçıları Türk Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün adını daşıyan möhtəşəm meydanda Azərbaycan, Gürcüstan və Türkiyənin müxtəlif  rəqs  və folklor kollektivlərinin çıxışlarını alqışlarla  və heyranlıqla izlədilər.






Baxış sayı:62 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:24-07-2019, 12:49

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика