Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Türkiyəli qonaqlar Akademik Musiqili Teatrda



Türkiyəli qonaqlar Akademik Musiqili Teatrda 
Bir çox ölkələrdə kifayət qədər populyarlıq qazanan Türkiyənin məşhur seriallarının qəhrəmanları – "Savaşçı”nın "Komutan”ı Murat Serezli  və "Eşkiya Dünyaya Hökmdar Olmaz”ın  "Mürsel Kara"sı Taner Turan və klassik Türk musiqi ifaçısı Nebahat Nalan Höke Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olublar. 
Rejissor Kənan Mahmudovun bələdçiliyi ilə  teatra gələn qonaqları qurumun direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib.
Türkiyəli sənətkarlar Akademik Musiqili Teatrın yaranma tarixi, inzibati binası, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti və mövcud vəziyyəti ilə yaxından tanış olublar.
Onlar həmçinin Teatrın möhtəşəm səhnəsində  gənc rejissor Elməddin Dadaşovun quruluşunda təqdim olunan "Buratino” (A.Rıbnikov, A.Tolstoy, tərc. N.Kazımov)  tamaşasına  da  baxıblar.  Səhnə əsərinin budəfəki nümayişinin xüsusi olaraq fiziki məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulduğu qonaqların diqqətinə çatdırılıb.
Tamaşanı heyranlıqla izləyən və növbəti səfərlərində də mütləq Akademik Musiqili Teatra gəlmək niyyətlərinin olduğunu vurğulayan məşhurlar teatrın belə sosial layihələrdə iştirakını rəğbətlə qarşılayıblar.




Baxış sayı:22 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:2-07-2019, 11:20

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика