Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatrın orkestr artisti Estoniyada alqışlar qazandı



Akademik Musiqili Teatrın orkestr artisti Estoniyada alqışlar qazandı 

Mayın 16-da Tallin şəhərində Estoniya Teatr və Musiqi Akademiyasında azərbaycanlı musiqiçilərin konserti keçirilib.

"Mədəni əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin "Estoniyada konsertlərin təşkili və Azərbaycan mədəniyyətinin təbliği” layihəsi çərçivəsində keçirilən bu tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının orkestr artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılan Atabəy İsmayılovun tarda ifa etdiyi "Qərənfil" romansı  (Vasif Adıgözəlov), "Cahargah” skertsosu (İlahə İsrafilova) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

"Qeyd edim ki, estoniyalı musiqiçilərlə birgə konsertimiz uğurlu keçdi, tamaşaçılar ifalarımızı çox isti qarşıladılar. Xüsusi ilə də, tar musiqi aləti Estoniyalı bəstəkarların diqqətini çəkdi və gələcəkdə onların milli musiqi alətləri ilə birlikdə duetlər şəklində ifa olunması barədə təkliflər aldıq. Müasir texnoloji imkanların köməyi ilə yaxın aylarda məsafələrdən canlı bağlantı ilə konsertlər təşkil etmək və s. məsələlər müzakirə olundu... Tədbirdə iştirakıma şərait yaradan təşkilatçılara, eləcə də çalışdığım Akademik Musiqili Teatrın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”, - deyə A.İsmayılov səfər təəssüratlarından  danışdı.





Baxış sayı:54 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:23-05-2019, 10:22

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика