Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Əliqismət Lalayev Minskə yola düşdü



Əliqismət Lalayev Minskə yola düşdü

Artıq bir çox müxtəlif nüfuzlu beynəlxalq teatr və musiqi festivallarında münsif qismində iştirak edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rejissor Əliqismət Lalayev Belarusiya Dövlət Akademik Musiqili Teatrının direktoru Aleksandr Petroviçin dəvətilə 28 mart - 2 aprel 2019-cu il tarixlərində Minskdə səfərdə olacaq.

Hər iki tеаtr arasında gələcək əlaqələrin daha da möhkəmləndirilməsi, yaradıcılıq əlaqələrinin inkişafı baxımından böyük önəm kəsb edən bu səfərin əsas məqsədi qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətindədir.

Teatr rəhbərliklərinin görüş proqramına son illərdə Belarusiya Dövlət Akademik Musiqili Teatrında hazırlanmış tamaşaların, o cümlədən bilavasitə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının müəyyən dəstəyi ilə səhnəyə qoyulan "Arşın mal alan” (Ü.Hacıbəyli) operettasının nümayişi də daxildir.





Baxış sayı:1257 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:27-03-2019, 17:40

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика