Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatrda həftəsonu



 

Akademik Musiqili Teatrda həftəsonu
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq.

Qurumun mətbuat xidmətindən bildirilib ki, teatr mart ayının 15-də saat 19:00-da "Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski), 16-da saat 14:00-da "O olmasın, bu olsun" (Ü.Hacıbəyli), həmin gün saat 19:00-da "Qodonun intizarında” (F.Qarayev, S.Bekket), 17-də isə saat 19:00-da "Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) əsərlərinı nümayiş etdirəcək.

Balaca teatr həvəskarları martın 17-də saat 12:00-da "Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, səhnələşdirən A.Sadıqov) musiqili nağıl-tamaşasına baxa biləcəklər.

Qeyd edək ki, "Bir dəfə Bağdadda” əsəri rusdilli tamaşaçılar üçün nəzərdə tutulub.

Həftəsonu təqdim olunacaq tamaşalarda sevimli aktyorlar – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər - Əzizağa Əzizov, Boris Qrafkin, Novruz Qartal, Svetlana Bulax, Şövqi Hüseynov, Nahidə Orucova, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar – Elxan İsmayılov, Nadir Xasıyev, Firus Məmmədov, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Rauf  Babayev, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Şaban Cəfərov, Yuliya Heydərova, Nicat Əli, Hüseyn Əlili, Telnaz Hüseynova, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Aydan Həsənova, Güldanə Əzimova, Elməddin Dadaşov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasıyev, Atəş Qarayev, Nərmin Əliyeva, Rüstəm Rüstəmov, Kəmallədin Məmmədov, Roman Krasnov, Murad Əliyev, Əli Kərimov, Tofiq Həsənov, azyaşlı aktyorlar – Hüseyn Nağıyev, Rahib Məmmədzadə, Xədicə Kərimli ifa edəcəklər.

Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.





Baxış sayı:86 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:14-03-2019, 17:02

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика