Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Musiqili Teatrda həftəsonu



Musiqili Teatrda həftəsonu
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq. Qurumun mətbuat xidmətindən bildirilib ki, teatr fevral ayının 8-də "Qızıl toy” (O.Kazımi, R.Heydər), 9-da "Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) və 10-da "999-cu gecə” (F.Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında) əsərlərini təqdim edəcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.
Musiqili Teatr balaca teatrsevərlərin görüşünə fevralın 9-da saat 12:00-da ana dilimizdə "Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər), rus dilində isə fevralın 8-də saat 13:00-da "Düyməcik” (H.X.Anderson) və fevralın 10-da saat 12:00-da "Bir dayan, canavar!” (R.Ağayeva, A.Xayt, A.Kurlyanski) musiqili əyləncəli nağıl tamaşaları ilə gələcək.
Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər - Əzizağa Əzizov, Boris Qrafkin, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar - Məhərrəm Qurbanov, Elxan İsmayılov, Nadir Xasıyev, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov, Emil Heydərov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Eleonora Mustafayeva, Şaban Cəfərov, Səmədzadə Xasıyev, Yulya Heydərova, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Nicat Əli, Telnaz Hüseynova, Valeriya İsgəndərzadə, Əmrah Dadaşov, Şaban Cəfərov, Güldanə Əzimova, Elməddin Dadaşov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Elnur Zeynalov və başqaları ifa edəcəklər.
Musiqili Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.




Baxış sayı:633 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:7-02-2019, 17:26

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика