Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Əliqismət Lalayev "Uşaq Avroviziya-2018” müsabiqəsinin təmsilçisinə uğurlar arzuladı



Azərbaycanı "Uşaq Avroviziya-2018” yarışmasında təmsil edəcək Fidan Hüseynovanın "Sənin kimi olmaq" - "I wonna be like you" mahnısının klipi artıq müsabiqənın rəsmi "Youtube" səhifəsində, eləcə də, müxtəlif sosial şəbəkələrdə yayımlanıb. 
Qeyd edək ki, çoxsaylı izləyicilər tərəfindən maraqla qarşılanan bu mahnının klipinın bəzi kadrları Azərbaycan Dövlət Musiqili Teatrında çəkilib. 
Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev noyabrın 25-də Belarusun paytaxtı Minskdə "Uşaq Avroviziya-2018” yarışmasında 20 ölkə arasında Azərbaycanı təmsil edəcək balaca iştirakçıya uğurlar arzulayıb: "Mən inanıram ki, Fidan bu yarışmada Azərbaycanın üç rəngli bayrağını zirvələrə ucaldacaq. Teatrda çəkilişlər zamanı onu gördüm. Çox istedadlı, şirin-şəkər baladır. Çəkiliş zamanı onu kənardan seyr edirdim – sərbəstdir, inadkardır. Ümidvaram ki, o, ifa etdiyi mahnının sözlərində bəhs olunan xəyali qəhrəmanına qovuşacaq, balaca çıyinlərinə götürdüyü böyük məsuliyyətin öhdəsindən asanlıqla gələcək, məqsədinə çatacaq və bizi də sevindirəcək”.   



Əliqismət Lalayev "Uşaq Avroviziya-2018” müsabiqəsinin təmsilçisinə uğurlar arzuladı Əliqismət Lalayev "Uşaq Avroviziya-2018” müsabiqəsinin təmsilçisinə uğurlar arzuladı


Baxış sayı:75 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:19-10-2018, 13:42

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика