Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Musiqili Teatrda Elçinin 75 illiyi şərəfinə



13 may saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı Elçinin 75 illik yubileyi ilə əlaqədar onun məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası nümayiş etdiriləcək. Tamaşadan öncə tanınmış jurnalist Telli Pənahqızı böyük dramaturqun yaradıcılıq yolu barədə çıxış edəcək. Teatrla kinonun sintez edildiyi bu tamaşada adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərayan edir. Elə ilk premyera günündən indiyə qədər tamaşaçıların böyük marağına səbəb olan və mövsümün ən çox tələb edilən tamaşaları sırasında yer alan bu möhtəşəm səhnə əsəri görkəmli yazıçı Elçinin daxili dünyasının zənginliyinin bariz nümunəsidir. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənən manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Novruz Əliyev, Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əmrah Dadaşov, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, Şaban Cəfərov, Ağaxan Şərifov, Telnaz Hüseynova, Nigar Qarayeva, Rahib Məmmədzadə və başqaları ifa edirlər. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla yekunlaşdırmaq istəyən hər kəsi bu maraqlı səhnə əsərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.



Baxış sayı:24 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:10-05-2018, 18:52

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика