Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Musiqili Teatrda həftəsonu tamaşaları



Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 2 gün ərzində 4 tamaşa nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən bildirilib ki, 10 mart saat 12:00-da "Hacı-Qara” (M.F.Axundzadə), 19:00-da "Nuri-didə Ceyhun” (Ə.Əmirli), 11 mart saat 19:00-da "O olmasın, bu olsun” (Ü.Hacıbəyli) tamaşaları tamaşaları ana dilimizdə təqdim ediləcək. Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb. Kollektiv 11 mart saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə "Bir dayan canavar” (R.Ağayev, A.Xayt, A.Kurlyanski) tamaşası ilə gələcək. 10 mart - Milli Teatr Günü saat 19:00-da nümayiş etdiriləcək "Nuri-didə Ceyhun” (Ə.Əmirli) tamaşası Musiqili Teatrın 108-ci mövsümünün növbəti premyerasıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim ediləcək bu tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, layihənin ideya müəllifi və bədii rəhbəri isə Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. Xüsusi vurğulamalıyıq ki, Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəyli obrazının canlandırılacaq. Səhnə əsərində onun məşəqqətli mühacirət həyatından və Cümhuriyyətimizin keçdiyi çətin, lakin, şərəfli mübarizə yolundan bəhs edilir. Həftəsonu nümayiş olunacaq tamaşalarda sevimli aktyorlar –xalq artistləri Fatma Mahmudova, Əməkdar artistlər, Novruz Qartal, Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, Əzizağa Əzizov, Anton Ferşdant, Ələkbər Əliyev, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Ülviyyə Əliyeva, Nicat Əli, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov, Mehriban Zalıyeva, Nadir Xasıyev, Nadejda Povelitsina, Aydan Həsənova, Yuliya Heydərova, Marina Litvinenko, Gülnarə Əzizova, Firuz Məmmədov, Şaban Cəfərov, Səmədzadə Xasiyev, Elməddin Dadaşov, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Elxan İsmayılov, Ruslan Mürsəlov, Emil Heydərov, Elçin İmanov, Əmrah Dadaşov, Eleanora Mehdiyeva, kiçik aktyor Hüseyn Nağıyev və başqaları iştirak edirlər. Həftəsonunu xoş ovqatla və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Musiqili Teatrda həftəsonu tamaşalarıMusiqili Teatrda həftəsonu tamaşaları


Baxış sayı:192 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:9-03-2018, 11:50

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика