Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Musiqili Teatrda mart ayının ilk həftəsinin repertuarı



Azərbaycan Dövlət Musiqili Teatrında mart ayının ilk həftəsonunda maraqlı tamaşalar nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən bildirilib ki, teatrsevərlərə 2 mart saat 19:00-da "Ər və arvad” (Ü.Hacıbəyli), 3 mart saat 19:00-da "Amerikalı kürəkən” (R.Mirişli,M.Haqverdiyev), 4 mart saat 19:00-da isə "Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov) tamaşaları təqdim olunacaq. Teatr həmişə olduğu kimi, bu dəfə də balaca tamaşaçılarının zövqunü oxşayan macəra dolu, rəngarəng süjet xətti olan nağıl-tamaşaları ilə onların yolunu gözləyir. 3 mart saat 12:00-da ana dilimizdə "Qırmızı papaq” (E.Sabitoğlu,Y.Şvarts), 4 mart saat 12:00-da isə rusdilli balacalar üçün "Yağış göbələyinin macərası” tamaşaları göstəriləcək. Nümayiş olunan səhnə əsərlərində sevimli aktyorlar – Azərbaycan Respublikasının Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Almaz Ələsgərova, Nahidə Orucova, Səmayə Musayeva, Novruz Qartal, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Ağaxan Şərifov, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Nadejda Povelitsina, Yuliya Heydərova, Marina Litvinenko, Rauf Babayev, Gülnarə Əzizova, İbrahim Əlizadə, Gültac Əlili, Elnarə Nağdəliyeva, Telnaz Hüseynova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Elçin İmanov, Əmrah Dadaşov, Pərviz Məmmədov, Eleanora Mehdiyeva, Fərid Rzayev və başqaları iştirak edirlər. Biri-birindən maraqlı tamaşaları seyr etmək istəyən teatr həvəskarları 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.



Baxış sayı:434 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:1-03-2018, 17:30

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика