Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi ölkə başçısına təşəkkür etdi



Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi ölkə prezidenti, cənab İlham Əliyevə təşəkkür məktubu ilə müraciət edib. Məktubda deyilir: "Möhtərəm cənab Prezident! Sizin 22 fevral 2018-ci il tarixli Fəxri adlara görə aylıq təqaüdlərin artırılması barədə Sərəncamınız, eləcə də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması barədə Fərmanınız bizə - incəsənət xadimlərinə yüksək qiymətinizin bariz nümunəsidir. Fəxri adlara layiq görülmüş sənətkarların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız bu Sərəncam qəlbimizdə fərəh hissi doğurur. Səhnə fəaliyyətimizi yüksək qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bundan sonra da yaradıcılıq fəaliyyətimizi, bütün qüvvə və bacarığımızı Azərbaycanımızın tanınması və şöhrət qazanması naminə, Azərbaycan teatrının şərəfli salnaməsinə yeni uğurlu səhifələr yazılması üçün sərf edəcəyik. Biz qürur duyuruq ki, ulu öndərimiz Heydər Əliyevin incəsənət xadimlərinə böyük qayğısı bu gün də Sizin tərəfinizdən uğurla davam etdirilir. Azərbaycan sənətçisinin, Azərbaycan ziyalısının böyük xoşbəxtliyi də elə bundadır. Bir daha yüksək diqqət və qayğı üçün Sizə sonsuz təşəkkürlərimizi yetiririk. Və bundan sonra da daha uğurlu yaradıcılıq işlərinə imza atmağımıza söz veririk”. Məktubda daha sonra qeyd edilir: "Qarşıdan yeni, böyük sınaq – Prezident seçkiləri gəlir. Əmin edirik ki, aprelin 11-də hamımız Sizin ətrafınızda sıx birləşəcək və hər zaman bizimlə olan möhtərəm Prezidentimizlə birlikdə olduğumuzu bir daha sübüt edəcəyik. Sizə yeni qələbələr arzulayırıq. Sizə Qələbə yaraşır!” Müraciəti Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, xalq artistləri, Prezident təqaüdçüləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərov, əməkdar artistlər, Prezident mükafatçıları Çingiz Əhmədov, Naidə Orucova, Nərgiz Kərimova, Ələkbər Əliyev, Novruz Əliyev, Əkbər Əlizadə, Əzizağa Əzizov, Vaqif Məstanov, əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, Əməkdar artistlər Zakir Ağayev, Səmayə Musayeva, Boris Qrafkin, Svetlana Bulax, Almaz Ələsgərova, Səidə Şərifəliyeva, Anton Ferştandt, Aybəniz Bağırova, əməkdar mədəniyyət işçiləri Telli Əliyeva və Vidadi Həsənov imzalayıblar.



Baxış sayı:323 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:28-02-2018, 16:28

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика