Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Turizm şirkətləri Musiqili Teatrla birlikdə



Azərbaycan Dövlət Musiqili Teatrı turizm şirkətləri ilə əməkdaşlıq barədə ötən il start verdiyi layihəni bu il də uğurla davam etdirir.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə,Teatrın rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri "dəyirmi masa" arxasında görüş keçirib.

Səmimi şəraitdə keçən görüşdə Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş Sektorunun məsləhətçisi Rüstəm Mehdizadə ilə yanaşı, "Baku Travel-Tourism”, "ALDE Tour”, "Aristokrat Travel”, "E&C Travel", "Zdtravel”, "Zenit tour”, "İntravel” və digər turizm şirkətlərininnümayəndələridə iştirak ediblər.

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonaqları salamlayaraq belə işgüzar münasibətlərin mədəni turizmin inkişafına daha böyük töfhələr verəcəyinə ümidvar olduğunu bildirib: "Təklif edərdim ki, gələcəkdə təşkil edəcəyiniz ekskursiya turlarına Musiqili Teatrın möhtəşəm binasını da əlavə edəsiniz. Əminəm ki, Musiqili Teatr öz maraqlı tamaşaları və tarixi baxımdan qədimliyi ilə yanaşı, müasir üslubda yenidən qurulan binası ilə də turistlərin diqqətini cəlb edəcək. Mədəniyyətimizin təbliği baxımından bu istiqamətdə əməkdaşlığımızı genişləndirsək, daha uğurlu layihələrə imza ata bilərik".

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov tərəflər arasında əməkdaşlığın gələcək inkişafı və daha da genişlənməsi üçün bu mövzuda görüşlərin mütamadi keçirilməsinin vacibliyini vurğulayıb və turizm sektorunun nümayəndələrinə öz tövsiyyələrini verib.

Sonda qonaqlar SSRİ Xalq artisti R.Hacıyevin "Qafqazlı qardaşqızı” ikihissəli operettasını izləyiblər. Onlar Əməkdar incəsənət xadimi, rejissor Əli Usubovun quruluşunda teatrın rus bölməsinin hazırladığı bu tamaşa haqqında xoş təəssüratlarını dilə gətiriblər və gələcəkdə buranın xarici turistlərə tanıtımı baxımından məqsədyönlü addımlar atacaqlarını bildiriblər.



Baxış sayı:159 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:27-02-2018, 15:00

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика