Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Mərakeş səfiri öz şəxsi “Facebook ” səhifəsində Musiqili Teatr haqqında yazdı...



Qurumun mətbuat xidmətindən bildirilib ki, Mərakeş Krallığının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri cənab Məhəmməd Adil Embarş bu yaxınlarda Musiqili Teatrda olarkən çəkilən şəkilləri öz şəxsi "Facebook” hesabında çoxsaylı izləyiciləri ilə paylaşıb və sənət ocağı haqqında xoş təəssüratlarını bildirib: "Azərbaycan Dövlət Musiqilı Teatrında çox gözəl təcrübə... Mən teatrın direktoru, Mərakeşin yaxın dostu Əliqismət Lalayevin dəvətindən şərəf duydum... Bir əsrdən çox yaşı olan qədim bina çox yaxşı təmir olunub, memarlıq, bədii tərtibatın müasirlik və tarixilik arasındakı kombinasiyası yaxşı balanslaşdırılıb və bu həm Azərbaycan, həm də Mərakeş üçün çox dəyərlidir.... Mən tamaşa, ifa və musiqini sevdim... Bakıya gəlişiniz zamanı şəhərin mərkəzində yerləşən Musiqili Teatrı öz səfər planınıza salmağı ununtmayın”. Musiqili Teatrın binasının gecə görüntüsünü, girişdəki lövhəni, möhtəşəm tamaşa zalını və teatra səfərini əks etdirən digər görüntüləri paylaşan səfir onu izləyənlərin müxtəlif dillərdə yazdıqları rəyləri cavablandırıb və hamını bu sənət məbədini ziyarət etməyə dəvət edib. Xatırladaq ki, bir neçə gün öncə mötəbər qonağı teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə ölkələr arasında qarşılıqlı mədəni əlaqələrdən söhbət açılıb, yaradıcılıq mübadiləsini inkişaf etdirmək üçün yaxın gələcəkdə qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub. Daha sonra cənab səfir böyük dramaturq, Xalq Yazıçısı İlyas Əfəndiyevin "Mənim günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşaya baxıb. SSRİ xalq artisti, dahi bəstəkar Qara Qarayevin əbədiyaşar musiqilərindən istifadə olunmuş bu səhnə əsərindən zövq aldığını və böyük məmuniyyətlə tamaşalara baxmağa gələcəyini bildirən səfir belə görüşlərin müntəzəm keçirilməsinin vacibliyini qeyd edib.



Baxış sayı:210 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:8-02-2018, 14:59

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика