Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Musiqili Teatrda “Gəncliyin səsi”



Azərbaycan Dövlət Musiqili Teatrında "Gəncliyin səsi - 2018” festivalının bağlanış mərasimi keçirilib. Qurumun mətbuat xidmətindən bildirilib ki, ənənə halını alan festival Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə reallaşıb. Tədbir iştirakçıları əvvəlcə Bakı Turizm Peşə Məktəbinin, Azərbaycan Turizm və Menecment Universitetinin tələblərinin və "ASAN könüllüləri” Mədəniyyət Mərkəzinin gənc üzvlərinin əl işlərindən ibarət fotosərgi ilə tanış olublar. Festival çərçivəsində 5 saylı Bakı Asan xidmət mərkəzinin könüllülərinin təqdimatında Emin Sabitoğlu və Tamara Vəliyevanın "Bankir adaxlı” tamaşasının premyerası nümayiş olunub. Məişət mövzusuna toxunulan, müasir cəmiyyətimizdə öz aktuallığını daim qoruyub saxlayan və hər birimizin həyatımızda sıx rastlaşdığımız problemləri əks etdirən bu ikihissəli tamaşa "ASAN könüllüləri”nin ifasında maraq doğurub. Gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyan "Gəncliyin səsi” festivalının sonunda bir qrup istedadlı gənclər mükafatlandırılıb.

Musiqili Teatrda “Gəncliyin səsi” Musiqili Teatrda “Gəncliyin səsi” Musiqili Teatrda “Gəncliyin səsi”


Baxış sayı:250 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:7-02-2018, 17:23

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика